Samuxda bədbəxt hadisə baş verib.
"Unikal"ən məlumatına görə, hadisə rayonun Yenikınd kəndində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini 2009-ci il təvəllüdlü Aysel Süleymanova Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb.
Nəticədə 14 yaşlı qız ölüb. Meyit Kürdən çıxarılaraq adiyyyatı üzrə təhvil verilib. Məlumata görə, yeniyetmə qız ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov