Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.

"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələr nəticəsində 20 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, peşə təhsili müəssisəsinin binaları dağıdılıb və zədələnib, iki yataqxana da zərər görüb.