Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. 

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

***15:33

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən "Unikal"a verilən məlumata görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

*** 15:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.