Qazaxda kafe sahibi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü kafe sahibi Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Sənan Omarovu kafeyə gələn müştəri bıçaqlayıb. Mübahisə hesab üstündə baş verib. Belə ki, kafeyə gələn Əfqan Vəliyev yeyib-içdikdən sonra hesabı ödəmək istəməyib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Murad İbrahimli