Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması, satış məqsədi ilə saxlanılması barədə əməliyyat məlumatı daxil olub. İlkin araşdırma zamanı ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretləri realizə edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.
Bu barədə "Unikal"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin idarə etdiyi avtomobil saxlanılıb və baxış zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən ümumilikdə 3 adda 120 000 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.