Ağdamda usta ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

"Unikal" xəbər verir ki, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü İmanov Elvin Fərhad oğlu iş zamanı işlətdiyi metal kəsən alətlə ehtiyatsız davranması nəticəsində yaralanıb.

Yaralı dərhal Ağdam Mərkəzi Rayon Xəstəxansına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.İmanovun sağ əlinin üç barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.