Ağstafada iki avtomobil toqquşub, bir ailənin 3 üzvü olmaqla 4 nəfər xəsarət alıb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin 3 üzvü - sürücü, 1965-ci il təvəllüdlü Mehman Xudu oğlu Musayev, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Könül Bəhram qızı Musayeva və sürücünün bacısı, 1970-ci il təvəllüdlü Həyat Xudu qızı Musayeva xəsarət alıb.
Digər avtomobildə xəsarət alan isə 1996-cı il təvəllüdlü Anar Şahin oğlu Əsgərov olub.
Xəsarət alanlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan H.Musayeva daha sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.