Gəncədə bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Murad İbrahimli