Balakəndə avtomobil yanıb.

"Unikal"  xəbər verir ki, hadisə Balakən rayon Tülü kəndi ərazisində baş verib. Yanğın yerinə Balakın Yanğından mühafizə hissəsindən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı 99-XB-154 dövlət qeydiyyat nişanlı "Nexia R3" markalı minik avtomobili və içərisindəki sürücü 1988-ci il təvəllüdlü Dinavasov Arus Səidbəy oğlu yanaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli