Göyçay şəhərində fərdi yaşayış evi yanıb.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində şəhərin Nəsrəddin Tusi küçəsində qeydə alınıb. Şəhər sakini, 1958-ci il təvəllüdlü Məmmədova Reyhan Əlisa qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin iki otağı içərəsindəki əşyalarla birgə yanıb, evin qalan hissəsi və ona bitişik 320 kvadratmetrlik iki mərtəbəli ev alovdan xilas olunub.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov