Dəşkəsəndə 12 yaşlı yeniyetmə qız intihar edib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü Nərmin Həsənova yaşadığı evdən özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.