Xaçmaz rayonunun Nabran kəndində yol-nəqliyyat hadisəsi olub.

"Unikal" report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Hüseynzadə Səxavət Gülümbala oğlu ölüb, 1962-ci il təvəllüdlü Xuruci Hacıbaba Mürşüd oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.