"Mercedes" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

"Unikal" xəbər verir ki, onlar Ağcabədi rayon sakinləri - 1988-ci il təvəllüdlü Tahirova Elnarə Əkbər qızı, 2017-ci il təvəllüdlü Tahirli Yusif İmran oğlu, 1958-ci il təvəllüdlü Tahirov Şirxan Məhəmməd oğlu və 1997-ci il təvəllüdlü Bəylərli Səkinə Aslan qızıdır.

19:01

Oğuz rayonunun Qumlaq kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, "Mercedes" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyətləri nəzərə alınaraq Şəki Rayonu Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli