Zaqatalada 9 yaşlı uşağı maşın vurub. 
"Unikal" xəbər verir ki,hadisə axşam saatlarında Zaqatala şəhəri Kür-Araz adlanan yaşayış masivi ərazisində baş verib.

Zaqatala şəhər sakini Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözbarax kənd sakini 2014-cü il təvəllüdlü Renad Afər oğlu Əliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır

Seymur Əli