Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
*** 18:03
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.