Sabirabad sakini intihar edib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsi, dalan 1-də qeydə alınıb.

Həmin ünvanda yaşayan şəhər sakini, 1993-cü il təvəllüdlü Babayev Mübariz Bağış oğlu yarımtikilidə özünü asıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.