Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Telefon danışığı zamanı qlobal məsələlər, Ukrayna, İraq və Kipr kimi bir çox regional məsələlər müzakirə edilib və məsələlər haqqında fikir mübadiləsi aparılıb.