ABŞ-nin keçmiş prezidenti Donald Tramp X sosial şəbəkəsində (keçmiş Tviter) hesabında 2 il sonra ilk paylaşımını edib.

“Unikal” xəbər verir ki, sonuncu dəfə 2021-ci ilin 8 yanvarında paylaşım edən Tramp şəxsi hesabında yeni fotosunu yerləşdirib. 

O, mavi kostyum, ağ köynək və qırmızı qalstukda olub. Qaşqabaqlı ABŞ-nin 45-ci prezidentinin fotosunu Corciya ştatının Fulton dairə həbsxanasının əməkdaşları çəkib. 

Şəkilin altında “Heç vaxt təslim olma” və “Seçkilərə müdaxilə” yazıları, həmçinin siyasətçinin internet saytına keçid var.

Qeyd edək ki, Tramp avqustun 25-də təslim olmaq üçün  Atlantaya gedib. Seçki saxtakarlığında ittiham olunan sabiq prezident rəsmi həbs prosedurlarından keçmək üçün Fulton qraflığının həbsxanasına gəlib.