Bakı şəhərinin Xəzər rayonunda ferma ərazisində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, damına və ətrafına yığılan 40 ton ot bağlamasının 7 tonu yanıb.
"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlələr yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.