İmişli rayonunun Çaxırlı kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 kvadratmetr sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.