Tovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.

"Unikal"  report-a istinadən xəbər verir ki,  yük yerində 3 ton ot bağlaması olan "ZİL" markalı avtomobildə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü N.Səfərov yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.