Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 320 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, anbar və ofis) sahəsi 50 m² olan 2 otaqlı anbarın 1 otağında kisələrə yığılan taxta tullantıları 25 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, anbar və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.