"Bakcell" şirkəti “NaviMax” tətbiqi ilə yeni xidmətini istifadəyə verir.
"Unikal" xəbər verir ki, “Navimax” əsasən, uşaqların və ailə üzvlərinin fəaliyyətini izləmək üçün nəzərdə tutulan tətbiqdir.
"Bakcell" abunəçiləri bu tətbiq vasitəsilə, övladlarını məktəb, bağça və digər yerlərdə rahatlıqla izləyə, onların təhlükəsizliyinə tam nəzarət edə biləcəklər. Valideynlər övladlarının mobil cihazını öz dost obyektləri siyahısında qeydiyyatdan keçirməklə, onların hərəkət trayektoriyasından xəbərdar olacaqlar.
Valideynlər “NaviMax”la övladlarının hərəkət radiusu üçün koordinatlar təyin edə, icazə verilən hərəkət poliqonundan uzaqlaşma anında mobil bildiriş alma imkanına sahib olacaqlar.
Xidmətin aktivləşdirilməsi və deaktivləşdirilməsi tətbiq vasitəsilə həyata keçirilir. "Bakcell" abunəçiləri 3020 qısa nömrəsinə SMS göndərməklə, tətbiqlə bağlı məlumat və link əldə edə bilərlər. Xidməti deaktiv etmək üçün isə, 3020 qısa nömrəsinə “STOP” yazıb göndərmək kifayətdir.
"Bakcell" abunəçiləri tətbiqdən 1 həftə pulsuz istifadə edə biləcəklər. Pulsuz istifadə dövrü başa çatdıqdan sonra, ödənişli abunəlik avtomatik aktivləşdirilir. Tətbiqə abunəlik haqqı aylıq (30 gün) 1 AZN təşkil edir.
"Bakcell" şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
Xatırladaq ki, şirkət NEQSOL Holding-in tərkibinə daxildir.