Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 5 m² sahədə və ev əşyaları 15 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.