Çində Lyu Nan adlı şəxsi beş dəqiqə ərzində iki dəfə ildırım vurduqdan sonra sağ qalıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, şimşək çaxarkən o, evinin yaxınlığında olub, lakin içəri girməyə vaxtı olmayıb. Nan güclü işıq selindən sonra huşunu itirib. O, ayılanda eyni hadisə yenidən yaşanıb və yenidən huşunu itirib. 

"Yerdə uzanarkən məni yenidən ildırım vurdu", - deyə Nan bildirib. 

Xəstəxanada ona ayaqlar, bel və omba nahiyəsində 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Həkimlər bildirib ki, Lyu möcüzəvi şəkildə sağ qalıb. Hazırda Nan xəstəxanadadır.

Nuranə Abbasova