Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" report-a istinadən xəbər verirki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü X.Hüseynova, 2011-ci il təvəllüdlü Z.Hüseynova, onun qardaşı, 2007-ci il təvəllüdlü Z.Hüseynov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Qəza nəticəsində daha bir nəfərə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.