Qəbələ rayonunun Nic qəsəbəsində MG markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yüksək temperaturdan yaxınlıqdakı evin xarici divarına quraşdırılan elektrik sayğacı əriyib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.