Gəncədə "Opel"in vurduğu qadın xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, 1983-cü il təvəllüdlü Firuzə Babayeva həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.
***
13:54
Gəncədə qadını maşın vurub.
"Unikal" xəbər verir ki, hərəkətdə olan "Opel " markalı avtomobil yolu keçmək istəyən 30-40 yaş arasında olan qadını vurub.Qadın sürücü tərəfindən xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin ağır olduğu bildirilir.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov