Gədəbəydə yük maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. Belə ki, "Kamaz" markalı yük maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı sürücü 50 yaşlı Ramiz Rzayev hadisə yerində ölüb, onun sərnişini 40 yaşlı Azər Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov