Şəkiyə leysan yağışları yağıb, iki kəndi sel suları basıb.
"Unikal" xəbər verir ki, bu gün günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir. Azxşam saatlarına yaxın Şəki rayonunun Şəki  və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağıçları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb. Ərcan çayında suyun səviyyəsi həddən artıq qalxması səbəbindən ərazidən keçən Yevlax-Balakən dəmir yol xəttinin üzərində olan  suötürücülər tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb,  bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qurumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar. 

Seymur Əli