Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.

"Unikal" xəbər verir ki, AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Qarşılaşmaların dəqiq tarixləri hələlik bəlli deyil.