Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatıb.
"Unikal" xəbər verir ki, millət vəkillərinin yay tətili avqustun 30-da bitib. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.