2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
"Unikal" xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erik Haaland bu ada layiq görülüb.
Qalibin adı UEFA Çempionlar Liqasının qrup mərhələsinin bugünkü püşkatma mərasimində açıqlanıb.
Norveçli forvard səsvermədə komanda yoldaşı Kevin De Bruyne və ötən mövsümü PSJ-də keçirən Lionel Messini qabaqlayıb.
Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.