Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo yeni rekorda imza atıb.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb. Portuqaliyalı forvard Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda "Əl-Şəbab"la görüşdə dubla imza atıb. Nəticədə 38 yaşlı futbolçu karyerası ərzində milli çempionatlarda vurduğu qolların sayını 517-yə çatdırıb. O, belə göstərici ilə rekorda imza atıb.

Ronaldo hərəyə 515 qolla uzun müddət rekorda sahib olan Yozef Biçan və Ferens Puşkaşı qabaqlayıb.