Görülən bütün tədbirlərə baxmayaraq hələ də əksər küçə və prospektlərdə qanunsuz fəaliyyət göstərən parklanma nəzarətçilərinə rast gəlinir.
"Unikal" xəbər verir ki, onlar sürücülərə meydan oxuyur və qanunsuz pul yığımı ilə məşğuldur.
ATV-nin əməkdaşları çəkiliş zamanı “parkovşik”lərin gündəlik 15-60 manat arası plan vermələrini müəyyənləşdirib.
Qanunsuz parklanma nəzarətçiləri hamının işlədiyini əsas gətirərək öz əməllərindən vaz keçmədiklərini etiraf ediblər.