Xəbər verdiyimiz kimi, Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
S.Rzayev ötən il Prezidentin sərəncamı ilə “AZAL”ın I vitse-prezidenti təyin edilib. Bu təyinata qədər Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.