Sentyabrın 2-də hava şəraiti bəzi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü əsasən əlverişli olsa da, bəzi saatlarda rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.