"Əl-İttihad" misirli hücumçu Məhəmməd Salahın transferi üçün "Liverpul"a rekord təklif hazırlayır.
“Unikal” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, "Liverpul" səudiyyəlilərin təklifini rədd edib və onlar 108 milyon dollar və əlavə 54 milyon dollar performans mükafatı ödəməyə hazır olduqlarını bildiriblər. Beləliklə, “Əl-İttihad” indi hücumçu üçün 200 milyon funt sterlinq (233 milyon avrodan çox) təklif etməyi planlaşdırır. Bu, futbol tarixinin ən bahalı transferi ola bilər. 2017-ci ildə “Paris Sen-Jermen” Neymar üçün "Barselona"ya rekord məbləğ - 222 milyon avro ödəyib.
Salah ötən mövsüm "Liverpul"un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun "Liverpul"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Nuranə Abbasova