"Məqsədimiz qrupun qalibi olmaqdır".
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Bayer” klubunun icraçı direktoru Fernando Karro yerli mətbuata açıqlamasında deyib.
Püşkatmanın nəticəsini şərh edən Leverkuzen təmsilçisinin rəsmisi qrupdakı komandalara hörmətlə yanaşdıqlarını bildirib: “Maraqlı rəqiblərlə oynamağı səbirsizliklə gözləyirik. “Qarabağ”, “Molde” və ”Haken” öz ölkələrinin son çempionudur. Buna görə də onları ciddi rəqib kimi qəbul edirik. Ötən mövsüm Avropa Liqasının yarımfinalınadək irəlilədik. Bu həvəs bizi daha çox ruhlandırır. İddialıyıq və hər şeyi ötənilki təcrübə ilə edəcəyik”.
Qeyd edək ki, H qrupunda yer alan “Qarabağ” “Bayer”ə qarşı oyunlarını oktyabrın 26-da səfərdə, noyabrın 9-da isə evdə keçirəcək.