"Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın klubda qalmaq qərarının səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə almaniyalı məşqçi BBC-yə danışıb.
“Onun bu kluba bağlılığına heç vaxt şübhəm olmayıb. Siz təsəvvür edə bilməzsiniz ki, nə qədər səs-küy qaldırılmışdı və biz nə qədər bunu sakit qəbul etdik. O bizim futbolçudur və burada oynamaq istəyir”, - mütəxəssis qeyd edib.
Xatırladaq ki, daha öncə yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun misirli hücumçunu transfer etmək niyyətində olduğuna dair məlumat yayılmışdı.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “qırmızılar”ın formasını geyinir. Futbolçu ilə müqavilənin müddəti 2025-ci ilə qədərdir. Cari mövsümdə 31 yaşlı oyunçunun aktivində 2 qol və 2 məhsuldar ötürmə var.