Xəbər verdiyimiz kimi, Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatının finalına çıxıb.
"Unikal" xəbər verir ki, Türkiyə finalda Serbiyaya 3:2 hesabı ilə qalib gələrək ilk dəfə Avropa çempionu olub.
"Filenin Sultanları"nda uğurlu çıxışı ilə təsir bağışlayan Melissa Varqas voleybol karyerası ilə yanaşı şəxsi həyatı ilə də diqqət çəkən adlar arasındadır.
Kuba əsilli türk milli voleybolçusu Varqasın həyat hekayəsi...
16 oktyabr 1999-cu ildə Cienfuegosda anadan olan Melissa Varqas voleybol karyerasına 8 yaşında başlayıb. Məktəb komandasında oynamağa başlayan Melissa uşaq yaşlarından istedadı ilə diqqət çəkib. Orta məktəb illərində "Cienfuegos Cuba" komandasında çıxış edən Varqas, 12 yaşında Kuba Milli Komandasında oynamağa başlayıb. 14 yaşında bütün Kuba onu "Kubanın gələcəyi" adlandırıb.
Kubanın sərt qaydalarına görə, Melissa Varqas istədiyi komandalarla görüşə bilməyib, ölkəsinin icazə verdiyi Çexiya, Rusiya və Polşa kimi ölkələrlə əlaqə saxlaya bilib. 2016-2017 mövsümündə Kubanı tərk edib və Çexiya klubu "Agel Prostejova"a transfer olunub.
16 yaşında "Eczacıbaşı" qarşısında 32 xal toplayan Varqas uğurunu sübut edib və voleybol ictimaiyyətinin ən məşhur adlarından biri kimi tanınıb. Karyerasının zirvəsində olarkən Çexiyada zədələnib. Müalicə üçün Kubaya qayıdan voleybolçu dövlətin ona təklif etdiyi şərtlərdən razı qalmadığı üçün özəl klinikada müalicə almağa başlayıb.
Dövlət şərtlərini bəyənmədiyi üçün Melissa Varqas 2017-ci ildə Kuba Federasiyası tərəfindən "ölkəsinə qarşı təhqiramiz və intizamsız münasibəti"nə görə 4 il müddətinə milli komandadan uzaqlaşdırıb. Ölkəsinin münasibəti onu voleyboldan yayındırmayıb. O, İsveçrə klublarından biri olan "Volero Sürix"ə transfer olub. Varqas İsveçrəyə “sığınacaq axtaran” statusu ilə köçüb.
“Peşman deyiləm, dünyanın ən yaxşı voleybolçusu olmaq istəyirəm” deyən Varqas, həmin il “Fənərbaxça Opet” ə transfer olub. O, “Fənərbağça”ya gəldiyi ilk andan azarkeşlərin və Serbiya millisinin baş məşqçisi Zoran Terziçin sevimlisinə çevrilib. Çox səydən sonra Varqas Serbiya vətəndaşı olub, lakin FIVB Kubanın icazəsi olmadan onun millidə oynamasına icazə verməyib.
2020-ci ildə Türkiyə bu uğurlu idmançını əldən vermək istəməyib və 2021-ci ildə ona vətəndaşlıq verib. 2018-2021-ci illər arasında "Fənərbaxça"da çıxış edən Melissa, yarım mövsümü "Tianjin Bohai Bank"da keçirərək özünü təkmilləşdirib.
1.94 m boyunda olan Melissa Varqas çempionluğun qazanıldığı FIVB Voleybol Millətlər Liqasında "Ən dəyərli oyunçu" ünvanına sahibdir.
Gülayə Mecid