"9 sentyabrda Qarabağdakı seperatçı rejimin "parlamenti" Arayik Arutunyanı əvəz edəcək novbəti "qurbanlıq qoyunu" seçəcək. Çalışmalıyıq ki, bu baş verməsin".
"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Arayik son seperatçı rejim rəhbəri kimi tarixin zibilliyində, daha sonra isə Azərbaycan həbsxanasında qalmalıdır:
"Zərurət yaranarsa və ya verdiyimiz bəyanatdan nəticə çıxarmazlarsa, seçki günü həmin parlament binasını Şuşadakı mədəniyyət evi kimi darmadağın edib seperatçıların əbədi məzarına çevirməliyik. Azərbaycan Respublikası ərazi bütövlüyünü təmin edib, buna görə də seperatizmin yenidən təzahür etməsinə təmkin nümayiş etdirə bilmərik", - deyə ekspert vurğulayıb.