Finlandiyanın yeni baş naziri seçilmiş Antti Lindtman vəzifəyə başlamazdan əvvəl internetə düşən fotoları ilə diqqət çəkib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partiyadaxili seçkilərdə qalib gələn Lindtman bir qrup çılpaq kişi ilə olan fotoları internetdə yayılıb. 

Belə ki, Lindtmanın təxminən 20 il əvvəl çəkilmiş fotoları ölkədə böyük müzakirələrə səbəb olub. Fotolarda Lindtmanın bir qrup çılpaq kişi ilə poza verdiyi, bəzilərinin onun yanında dayandığı, bəzilərinin nasist salamı verdiyi əks olunub. Liseydə Milad şənliyində çəkildiyi deyilən fotolarda Lindtmanın əlində oyuncaq silah da var.

Finlandiyanın "İlta-Sanomat" qəzetinə danışan 41 yaşlı Lindtman fotonun real olduğunu və bir film layihəsi üçün çəkildiyini bildirib: 

"Mən bu şəklin kinoklubun saytından silinməsini xahiş etdim, amma yenə kimsə bu fotoları sızdırdı. Bu fotolar mənim gəncliyimə aiddir və mən etdiklərimlə çox da fəxr etmirəm. Mən heç vaxt nasist tərəfdarı olmadım. O zaman da deyildim, indi də deyiləm". 

Xatırladaq ki, Finlandiyanın baş naziri və Sosial Demokrat Partiyasının lideri Sanna Marin rəqs və şənlik videoları ictimaiyyətə sızdıqdan sonra vəzifəsindən istefa vermişdi. Partiyada Marinin yerini tutmağa hazırlaşan və bu həftə rəsmi olaraq SDP-yə rəhbərlik edəcək Antti Lindtmanın fotoları ölkəni çaşdırıb.  

Gülayə Mecid