Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.