Meksikanın Xalisko ştatının Tuxpan şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb  .

"Unikal" xəbər verir ki, helikopterdə olan pilot və 3 sərnişin həyatını itirib.

Jalisco Dövlət Mülki Müdafiə Agentliyi hadisə ilə bağlı açıqlamasında bildirib ki, helikopter qəzaya uğradıqdan sonra alovlanıb və tamamilə yanıb. Yanğınsöndürənlər yanğını nəzarət altına aldıqdan sonra 4 nəfərin cəsədinə çatıldığı açıqlanıb.

Qəzanın fotoşəkillərində helikopterin böyük hissəsinin yanaraq kül olduğu görülüb.

Özəl şirkətə məxsus helikopterin qəzaya uğramasının səbəbi məlum olmasa da, qəzada həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir.