Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" "Report"a istinadən xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağamalıyeva R.A. qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.