"X"ın ( keçmiş adı "Twitter") sahibi İlon Mask sosial şəbəkəni satın aldığı vaxtda SpaceX şirkətindən 1 milyard dollar borc götürüb.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" (WSJ)  nəşri məlumat dərc edib.  

Nəşrin əldə etdiyi sənədlərə görə, SpaceX Maska məxsus SpaceX səhmlərinin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.

WSJ vurğulayır ki, Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb. Qəzetin yazdığına görə, Maskın kapitalının likvidliyi məlum deyil, çünki onun böyük hissəsi Tesla, SpaceX və digər startapların səhmləri ilə bağlıdır.

Gülayə Mecid