Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi, eləcə də ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupuna daxildir.