Rus qoşunları Rabotino kəndini tərk edib. 

"Unikal" xəbər verir ki, bu barədə Zaporojye vilayətinin müvəqqəti rəhbəri Yevgeni Balitski bildirib. 

Rayon rəhbəri geri çəkilmənin taktiki xarakter daşıdığını qeyd edib: "Bu ərazidə qazıntı aparmaq imkanının olmaması səbəbindən belə bir qərar verilib".

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Müharibə müxbiri Yuri Kotenok bildirib ki, Rusiya ordusunun bölmələri artilleriya dəstəyinin olmaması səbəbindən müəyyən çətinliklərlə üzləşir.

Ağarza Elçinoğlu