Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Ukrayna lideri Volodimir Zelenskini Krımı unutmağa və Ukraynanı yeni inzibati bölgüyə hazırlamağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə müsahibəsində danışıb.

“Zelenskinin iltihablı beynindəki Rusiya Krımını unutmağın və krımlıları öz dəliliklərindən və narkotik deliriumundan xilas etməyin vaxtıdır”, - deyə o, bildirib.

Konstantinovun sözlərinə görə, “Ukraynanın parçalanmasının nəticəsi bir sıra rayonların Ukrayna nasistlərinin hakimiyyətindən çıxarılması olacaq”. Parlamentarinin fikrincə, yalnız ilkin Rusiya ərazilərinin dövlətə qaytarılması onlara normal, adekvat həyat və qanunun aliliyinin bərpasına təminat verə bilər.

"Xarkov, Yekaterinoslav, Nikolaev, Odessa qubernatorları üçün mümkün namizədləri seçməyə başlamağa dəyər", - Krım parlamentinin rəhbəri də qeyd edib.

Gülayə Mecid